EN

Bəlkə, ermənilər nə vaxtsa "adam" oldu, Zatulin, əsla!- Əntiqə Rəşid yazır

2021-ci il dekabrın 1-də Azərbaycanın Xankəndi şəhərində erməni əsilli Rusiya rəssamı İvan Ayvazovskinin ( Ovannes Ayvazyan) “Rusiya şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz şəkildə separatçılar və Rusiya sülhməramlıları tərəfindən heykəli ucaldıldı.
2025-ci il İyulun 29-da Xankəndidə erməniəsilli rusiyalı rəssamın abidəsi söküldü.

Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycan ərazisində nəinki abidə ucaltmaq hətta daşı- daş üstünə qoymaq əxlaqsız bir hərəkətdir. Sözüm söküntüdən narazı qalan Rusiya və Ermənistan hökümətlərinədir.
Üstəlik hazırda səsini başına atıb Azərbaycanı günahlandıran Rusiya Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulin qətiyyən sakitləşmək bilmir. Ermənidən betər erməni olan bu zat Lenta.ru-ya bildirib ki, Azərbaycan höküməti gərək rəssamn ad günündə onun heykəlini sökməməliydi ( 29 iyul 1817):

.

"Bunun vəhşilik olması ilə yanaşı, bir çox vəhşiliklər kimi, bu, açıq şəkildə axmaqlıqdır. Aivazovski hamı tərəfindən tanınan, təkcə bizim Rusiya İmperiyasında deyil, bütün dünyada yüksək qiymətləndirilən rəssamlıq dahisidir. Ermənilərə qarşı döyüşən o "şanlı" döyüşçülər, bu gün Qarabağ respublikasının ərazisini idarə edənlər, Qarabağ respublikasının mədəni təsirinə məruz qalmışlar. Onlar təkcə Aivazovskinin abidəsinin sökülməsi ilə kifayətlənmirlər, onlar artıq Çardaxlı kəndindən olan məşhur sovet hərbçilərinin abidələrini( İvan (Hovannes) Baqramyan Şəmkir rayonu Çardaxlı kəndindəndir. Abidəsi Qarabağdan sökülüb ) sökməyə nail olublar və çoxlu sayda xaçkarı məhv etməklə dini abidələrin sökülməsinə başlayıblar”.

İndi orada- Moskvada heç kimin şüuru o səviyyədə deyil ki, soruşsun: Zatulin, sənin hökümətin özgənin torpağında istədiyini edəndə, erməniyə abidə ucaldanda "çox vəhşiliklər kimi, bu, açıq şəkildə axmaqlıq" deyildimi?
Ayvazovski böyük rəssamdır, dünya tanıyır, apar onun heykəlini Rusiyanın istənilən bucağında ucalt, mane olsaq, səndən də səviyəsizik!


Xatırladaq ki, milyonçu Alek Manukyanın, 31 mart soyqırımının baiskarı Stepan Şaumyanın, erməni pilot Nelson Stepanyanın, erməni ideoloqu , faşist Qaregin Njdenin, ermənilərin Qarabağda döyüşmüş " qəhrəmanları Vazgen Sarkisyanın, Monte Melkonyanın, Aşot Bekorun, Fransada yaşayıb yaradan, milyonçu müğənni Şarl Aznavurun heykəlləri işğal dövrünün layihələri olduğu və Azərbaycan dövlətinin icazəsi olmadan tikildiyi üçün tarixin zibil yeşiyinə atılıb. Erməni mediası nə qədər hay-küy salsa da, konkret olaraq bununla bağlı heç bir ölkə bizim ölkəmizə nota, bəyanat və s. xəbərdarlıq etməyib.

Qaldı ki, adı 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu məkrli şəkildə öldürülməsində hallanan, əsl adı Hovannes olan, Şamaxıda dünyaya göz açan Sovet İttifaqı marşalı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı İvan Baqramyanın heykəli işğal illərində Xankəndidə "bitir" . Onda niyə ermənilərə "vəhşi və axmaq" demirdin?

 Baqramyan xislətçə digər məşhur ermənilərdən heç nə ilə seçilmədiyini hamı bilir... Kefin çəkirsə, apar Baqramyana da Rusiyada heykəllər ucalt!

Qeyd edək ki, hələ 2022-ci ildə Zatulin Ermənistanda "persona non qrata" elan edilib. Yəni onu Ermənistana girişinə qadağa qoyulub. Çünki rusiyalı deputat Zatulin öz müsahibələrində birində 44 günlük müharibədəki məğlubiyyətdə Ermənistan hakimiyyətini ittiham etmişdi.

 Əntiqə Rəşid

Chosen
37
1
adalet.az

2Sources