EN

Polşa Litva ilə sərhəd nəzarətini oktyabr ayına qədər uzadıb

Polşa Litva ilə sərhəddə sərhəd nəzarətinin müddətini 60 gün, oktyabrın 4-dək uzadıb.

Bakues.az “BBC”yə istnadən xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Litvanın daxili işlər naziri Vladislav Kondratoviç polşalı həmkarı Marçin Kervinski ilə sərhəd nəzarəti məsələlərini müzakirə edib.

“Biz Polşanın daxili sərhədlərə müvəqqəti nəzarəti genişləndirmək qərarını başa düşürük. Qeyri-qanuni miqrasiya ilə mübarizə üçün bütün tədbirlər görülməlidir. Bu qərar, şübhəsiz ki, Litva vətəndaşlarına qarşı yönəlməyib. Bu, ikinci dərəcəli miqrasiyanın qarşısının alınması vasitəsidir. Biz Polşa ilə fəal əməkdaşlığı davam etdirəcəyik ki, sərhəd nəzarəti Polşadan gələnlər üçün narahatlıq yaratmasın”, – Konanoviç bildirib.

Asim

Chosen
19
icma.az

1Sources