EN

“ATƏT Dağlıq Qarabağda uğursuzluğa düçar oldu” - Lavrov

“ATƏT Dağlıq Qarabağda da uğursuzluğa düçar olub”.

Missiya.Az “Rossiyskaya qazeta"ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Minsk Qrupu heç vaxt münaqişə tərəfləri arasında dialoq üçün şərait yarada bilmədi və onun qərb iştirakçıları Rusiya ilə əməkdaşlıqdan çıxdıqdan sonra o, tamamilə mənasını itirdi", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Rusiya, ABŞ və Fransa Qarabağ münaqişəsini həll etmək mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrləridir. Xüsusi Hərbi Əməliyyat başlayan kimi Paris və Vaşinqton Moskva ilə bu formatda əməkdaşlığı dayandırdılar. 

Daşqın HəsənovMissiya.Az

Chosen
4
1
missiya.az

3Sources