EN

Kərimin ziyarəti yarımçıq qaldı

Müğənni Kərim Abbasov yeni açıqlamaları ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, ifaçı ailəsi ilə birlikdə Nardaran pirini ziyarət etmək istəsə də, ailə üzvlərinin içəri buraxılmadığını bildirib.

Sənətçi sosial media hesabında paylaşdığı görüntülərlə yanaşı, məsələyə etirazını da ifadə edib:

“Nardaran pirinə ziyarətə gəlmişəm. Fikirləşin ki, mən pirə girsəm də, girişdə çevik polis əməkdaşı Kazımov Sübhan bildirdi ki, siz buranı ziyarət edə bilməzsiniz. Səbəb odur ki, şəhərdən gələnlər ziyarət edə bilməz, yalnız Nardaran camaatına icazə var. Biz adam deyilik? Bu nə qayda-qanundur?”

Chosen
14
3
publika.az

4Sources