EN

Rusiyalı konstruktor yeni helikopterinin sınaqları zamanı həlak oldu: Dəhşətli görüntülər

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Kirov vilayətində tanınmış aviamühəndis və konstruktor Vladimir Trapeznikov faciəli şəkildə həlak olub. Ömür boyu beş təyyarə və bir helikopter yığan mütəxəssis özünün yığdığı helikopterin növbəti sınaqları zamanı ölüb.

Oxu.Az bu barədə "112" "Telegram" kanalına istinadla xəbər verir.

Bildirilib ki, 88 yaşlı konstruktor ailə üzvləri ilə birlikdə Zalazna kəndi yaxınlığındakı sahəyə gedərək helikopterini sınaqdan keçirmək istəyib. Lakin mühərrikin işə düşməsi zamanı faciə baş verib - pərlərdən biri qoparaq Trapeznikovun başına dəyib və ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bir neçə saat sonra dünyasını dəyişib.

Məlumata görə, uşaqlıqdan pilot olmağı arzulayan Trapeznikov peşəkar olmasa da, ömrünü aviasiyaya həsr edib. Uzun illər meşə-sənaye təsərrüfatında sürücü işləyən həvəskar aviakonstruktor 1985-ci ildə hazırladığı ilk özəl təyyarə ilə uçuşu sayəsində məşhurlaşıb. Həmin illərdə bu hadisə "Panorama" kino-xəbərlərində işıqlandırılmış, özü isə "Uçmaq üçün doğulanlar" adlı sənədli filmin qəhrəmanı olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
oxu.az

1Sources