EN

Bu il Şəkidə 171 min tondan çox taxıl istehsal olunub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 1 avqust, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında taxıl biçini başa çatıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, cari mövsümdə rayonda 59 min 939,1 hektar sahənin məhsulu biçilib, 171 min 262,2 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 28,6 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 20 min tona yaxın artıb.

Bildirilib ki, builki mövsümdə şəkili fermerlər 21 min 872,5 hektar buğda sahəsindən 61 min 429,3 ton, 38 min 66,6 hektar arpa sahəsindən isə 109 min 832,9 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 28,1 sentner, arpa sahələrinin məhsuldarlığı isə 28,9 sentner olub.

Rayon üzrə ən yüksək məhsuldarlıq Aşağı Göynük, Şorsu, Orta Zəyzid kəndlərinin ərazilərindəki taxıl sahələrində qeydə alınıb. Belə ki, həmin təsərrüfatlarda zəmilərdə orta məhsuldarlıq 33-35 sentner təşkil edib.

Hazırda rayonun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək 25 min hektaradək sahədə şum aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
1
azertag.az

2Sources