EN

Əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı layihənin icrasına başlanılıb

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“  layihəsinin icrasına başlayıb.

Layihə rəhbəri Xədicə Mikayılova QHT.az-a bildib ki, layhənin əsas məqsədi əlilliyi olan şəxslərin sosial durumlarının, hüquqlarının qavranılması səviyyəsinin yüksəldilməsi, bunun üçün maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi, onların sosial müdafiə və iqtisadi təşviq mexanizmlərinə çıxış imkanlarını artırmaqdır.

Layihə   Bərdə, Ağdam, Tərtər, Yardımlı rayonlarında həyata keçiriləck. Statistik məlumatlara əsasən bu rayonlarda da əlilliyi olan şəxslər çoxdur.

Layihənin icra müddəti 3 ay olaraq nəzərdə tutulub ( 01.08.2025 – 31.10.2025).

Layihənin benefisialar qrupu regionlardakı əlilliyi olan, işləmək qabiliyyəti olmayan insanlardır.

Layihə benifisiarlarının yaş qrupları nəzərə alınmaqla və aşağdakı kriteriyalarla müəyyən ediləcək:

  • Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri:
  • Doğuşdan sağlamlıq imkanları məhdud olan şəxslər:
  • Peşə fəaliyyəti zamanı əlil olan şəxslər.

 

AzPost.az

Chosen
10
3
azpost.info

5Sources