EN

Rusiya və Azərbaycan arasında heç vaxt müharibə olmayacaq - Səbuhi Rəhimlidən PROQNOZ

“Simpsonlar” deyir ki, Rusiya və Azərbaycan arasında müharibə avqust ayında başlayacaq.
Bu iddia son günlər sosial şəbəkələrdə sürətlə yayılıb və müxtəlif platformalarda geniş müzakirələrə səbəb olub. Paylaşılan görüntülərdə məşhur Amerika animasiya serialı “Simpsonlar”da guya Rusiya və Azərbaycanın hərbi qarşıdurma ilə təsvir olunduğu səhnələr əks olunur.
Son illər “Simpsonlar” serialının gələcək hadisələri “proqnozlaşdırması” barədə geniş ictimai rəy formalaşıb. Serialda illər əvvəl göstərilən bəzi süjetlərin sonradan gerçək həyatda təkrarlanması, məsələn, Donald Trampın prezident seçilməsi, koronavirus pandemiyasına bənzər səhnələr və s. iddialara olan marağı artırıb. Bəzi insanlar hesab edir ki, serialın yaradıcıları qlobal trendləri, geosiyasi prosesləri və güc balanslarını qabaqcadan oxuya bildikləri üçün belə “dəqiq” təsvirlər ortaya çıxır.

Tədqiqatçı-jurnalist, astroloq Səbuhi Kərimli Sherg.az-a deyib ki, simpsomların verdiyi 100 proqnozdan yetmişi düz çıxmır:

"İçərisindən 1 dənəsi gerçəkləşəndə isə bu qabardılır. Rusiya və Azərbaycan arasında heç vaxt müharibə olmayacaq. Təxmini 50 il ərzində bu savaş real görünmür. Görün, siyasət artıq elə vəziyyətə çatıb ki, hər hansı cizgi filminə görə biz dünyanı müəyyənləşdiririk. Ümumiyyətlə bunu təkzib edirəm".
Chosen
30
sherg.az

1Sources