EN

Növbəti hərracda 65 nəqliyyat vasitəsi özəlləşdirildi

BAKI, 1 avqust. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 1-də keçirilən hərracda 4 lot üzrə 65 nəqliyyat vasitəsi satılıb.

Teleqraf xəbər verir ki, hərracda start qiyməti 23.650 manat olan lot üzrə 62 nəqliyyat vasitəsi 24.123 manata satılıb.

Qeyd edək ki, cari ay ərzində növbəti hərraclar 5 və 7 avqust tarixlərində keçiriləcək.

Avqustun 5-də keçiriləcək hərraca Şəki şəhərində yerləşən əmlak kompleksi və 79 nəqliyyat vasitəsi, avqustun 7-də keçiriləcək hərraca 56 nəqliyyat vasitəsi çıxarılıb.

Chosen
7
teleqraf.com

1Sources