EN

ABŞ-dan qalmaqallı açıqlama: İsrail icazə verməsə, Fələstin dövləti qurula bilməz

ABŞ dövlət katibi Marko Rubio Qərb ölkələrinin Fələstini tanımaq qərarlarını “əhəmiyyətsiz” adlandırıb.

Publika.az xəbər verir ki, Rubio bu barədə “Fox Radio”ya müsahibəsində danışıb.

“İsrail razılaşmayınca heç bir Fələstin dövləti qurula bilməz”, - deyə o bəyan edib.

Rubio bildirib ki, bu ölkələrin nə Fələstin dövlətini qurmaq gücü var, nə də onun harada və kim tərəfindən idarə olunacağını bilirlər. Onun sözlərinə görə, bu cür addımlar əksinə, sülh prosesinə zərər vurur.

O, Fələstini tanıyan ölkələri HƏMAS ilə birgə hərəkət etməkdə günahlandırıb və bu addımların atəşkəs danışıqlarına mənfi təsir göstərəcəyini deyib.

Chosen
38
publika.az

1Sources