EN

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Bakı, 1 avqust, AZƏRTAC

Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanlar üçün sənəd qəbulunun vaxtı avqustun 4-dək uzadılıb.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçə bilərlər.

 

Chosen
57
2
azertag.az

10Sources