EN

Somalidə son iki ayda 100 mindən çox insan evini tərk edib

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son iki ayda Somalidə davam edən döyüşlər nəticəsində Hiran və Gedo bölgələrində 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

525.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

İyulun 26-da Hiranın Mahas şəhərində toqquşmalar şiddətləndiyi üçün 28 mindən çox sakin ərazini tərk etməyə məcbur qalıb. İyulun 23-dən 26-a qədər Gedo əyalətində 38 minə yaxın insan didərgin düşüb, bəziləri Keniya sərhədini keçib.

Son bir neçə həftə ərzində Hirandakı yeddi səhiyyə müəssisəsi fəaliyyətini dayandırıb ki, bununla da minlərlə insan təcili tibbi yardımdan məhrum edilib.

“Bu, yeni köçkün dalğası humanitar maliyyələşdirmənin ciddi şəkildə azaldığı bir vaxta təsadüf edir. 2025-ci ilin əvvəlindən bəri bir çox humanitar əməliyyatlar dayandırılıb və yardım səviyyəsi kəskin şəkildə azalıb. Maliyyə çatışmazlığının qarşıdakı aylarda Somalidə iki milyona qədər insanı daha da həssas vəziyyətə salacağı gözlənilir”, - UNHCR bəyan edib.

Qeyd olunub ki, Somalidəki yardım agentlikləri mövcud maliyyə vəziyyətinə uyğun olaraq proqramlarını yenidən prioritetləşdirməyə məcbur olublar. 2025-ci il üçün Somaliyə humanitar proqram çərçivəsində 1,4 milyard dollar tələb olunur, bunun yalnız 16%-i (230 milyon dollar) toplanıb.

İyulun əvvəlində Əl-Şəbab silahlıları Somalinin Mahas şəhərini tutublar, iyulun 27-də isə müxtəlif istiqamətlərdən hücuma keçiblər.

Somali illərdir təhlükəsizlik problemindən əziyyət çəkir, əsas təhdidlər terror qrupları Əl-Şəbab və “İslam Dövləti” tərəfindən gəlir. 2007-ci ildən Əl-Şəbab bu ölkədə Somali hökuməti və Afrika İttifaqı sülhməramlılarına qarşı döyüşür.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
525.az

1Sources