EN

“Adı gözəl olanın özü də gözəl olar” Psixoloq ad seçərkən diqqətli olmağa çağırdı

ain.az, Sherg.az saytına istinadən bildirir.

Ad sadəcə bir söz deyil, insanın daşıdığı ilk və ən güclü etiketdir

Ad qoymaq azadlığı valideynin haqqı olsa da, bu azadlıq uşağın gələcəyinə zərər vuracaq şəkildə istifadə edilməməlidir

"Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir".

Bunu "Report"a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O qeyd edib ki, adın se­çil­mə­sin­də əsas mə­su­liy­yət ata və ananın üzə­ri­nə dü­şür. Buna görə də ad seç­mə va­li­deyn­lə­rin mə­su­liy­yə­ti­ni da­ha da ar­tı­rır:

"Çün­ki va­li­deyn­lər tə­rə­fin­dən düşünülməmiş qo­yu­lan ad­lar, son­ra­dan öv­lad­lar tə­rə­fin­dən də­yiş­di­ril­mə­si­nə sə­bəb olur. Bu­nun mən­fi nə­ti­cə­si uşaq bo­ya-ba­şa ça­tan­dan son­ra da­ha çox diq­qə­ti cəlb edir. Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir. Tə­əs­süf ki, bir sı­ra va­li­deyn­lər müqəddəs və­zi­fə­lə­ri­ni, borclarını unu­da­raq aşa­ğı­da­kı ad­la­rı öv­lad­la­rı­na ve­rir­lər: Stə­kan, Şü­şə­bənd, Tür­mə, Candərd, Kə­niz, Kün­də, Kü­lək, Mə­lu­mat, Mey­xoş, Qaç­maz, Bü­töv, Rə­zil, Şi­ka­yət".

Psixoloq Zeynəb Əyyubova “Sherg.az”a bildirdi ki, qəribə adlar uşağın gələcək psixoloji inkişafına ciddi təsir edə bilər:

“Bəzən valideynlərin diqqət çəkmək istəyi, cəmiyyətə qarşı ironik münasibəti, ya da şəxsi travmaların, qəzəbin ifadəsi ola bilər. Belə adlar, adətən, ciddi düşünülmüş mədəni və mənəvi dəyərlərə əsaslanmır. Bəzən də valideynlər adın təsirini düşünmədən sadəcə “fərqli” olmaq üçün bu cür seçim edirlər. Ad insanın özünü identifikasiya etməsində (kimlik formalaşmasında) əsas rola malikdir. Uşağın adı onun sosial münasibətlərində, özgüvənində və özünü ifadəsində birbaşa rol oynayır. “Rəzil”, “Türmə”, “Stəkan” kimi mənfi və ya qeyri-adi adlar uşağın həm yaşıdları arasında ələ salınmasına, həm də aşağı özqiymətləndirməyə səbəb ola bilər. Ad travması insanın daşıdığı ad səbəbindən sosial münasibətlərdə və ya şəxsi həyatında davamlı olaraq psixoloji narahatlıq keçirməsidir. Bu, özünə inamın azalmasına, sosial izolyasiyaya, hətta depressiya və aqressiya kimi hallara səbəb ola bilər. Bu məsələdə yalnız psixoloji deyil, hüquqi mexanizmlər də rol almalıdır. Dövlət qeydiyyat orqanlarının uşaqların rifahına zidd olan adlara icazə verməməsi vacibdir. Ad qoymaq azadlığı valideynin haqqı olsa da, bu azadlıq uşağın gələcəyinə zərər vuracaq şəkildə istifadə edilməməlidir.

Uşağınıza ad qoyarkən onun gələcəkdə bu adla məktəbdə, iş həyatında, sosial mühitdə necə qarşılanacağını düşünmək vacibdir. Ad sadəcə bir söz deyil, insanın daşıdığı ilk və ən güclü etiketdir. Uşağınızı fərqləndirmək istəyirsinizsə, bu fərqlilik müsbət yüklənsin mənalı, güclü, ilham verici olsun”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
1
sherg.az

2Sources