Türkiyənin Adana şəhərində qida təhlükəsizliyini hədəf alan yoxlamalar zamanı yeni qalmaqalın üstü açılıb.
Demokrat.az xəbər verir ki, şəhər ərazisində lisenziyasız və gigiyena qaydalarına zidd şəkildə fəaliyyət göstərən müəssisədən 5 tondan artıq insan istehlakı üçün nəzərdə tutulmuş mal dırnağı və bağırsaq məhsulları müsadirə olunub.
Adana Qida Təhlükəsizliyi İdarəsinin keçirdiyi reyd zamanı ümumilikdə 5140 kiloqram mal dırnağı , 100 kiloqram emala hazır bağırsaq və 50 metr uzunluğunda qurudulmuş bağırsaq aşkarlanıb. Məhsullar məhv edilmək üçün ərazidən uzaqlaşdırılıb, müəssisəyə qarşı inzibati tədbirlər görülüb.
Rəsmilər qeyd ediblər ki, sözügedən məhsullar istehlak üçün yararsız və sağlamlıq üçün təhlükəli hesab edildiyi üçün müsadirə edilib. Qanunsuz fəaliyyət göstərən müəssisəyə qarşı ciddi tədbirlər görülüb.
Səlahiyyətli orqanlar bildirir ki, insan sağlamlığına təhlükə yaradan bu kimi hallara qarşı sıfır tolerantlıq mövqeyi sərgilənəcək.
Qeyd edək ki, Adana son aylarda yalnız gigiyenik şərtlərə əməl olunmaması ilə deyil, həm də ət fırıldaqları ilə diqqət çəkir. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin açıqladığı siyahılarda bir çox müəssisələrin mal əti adı altında at və eşşək əti satdığı müəyyən olunub.
Bu da Adanada təhlükəli qida istehsalının miqyasını bir daha ortaya qoyur.
Həmin görüntüləri təqdim edirik: