EN

Sülhün kölgəsinə tuşlanan oxlar: Maskalar düşür, niyyətlər görünür

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Azərbaycan və Ermənistan arasında sülhün formalaşması, sülh istiqamətlərində təşəbbüslərin çoxalması bəzi dairələri narahat edir və onlar açıq hücuma keçirlər".

Bunu politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov Bakıvaxtı.az-a açıqlamasında deyib. 

Ekspert bildirib ki, əvvəlki dövrdə, yəni torpaqlarımız işğal altında olarkən həmin dairələrin bu cür fəallığını görmürdük: 

"Ancaq indiki durumda maskalar cırılır və onların cəhdləri fiaskoya uğrayır, heç bir nəticəsi olmur. Vətən müharibəsindən ötən 5 il ərzində ölkəmiz əleyhinə müxtəlif qərəzli təşəbbüslər olsa da, hamısını neytrallaşdırmaq mümkün olub. Bizə təzyiq göstərən dairələr zamanla Azərbaycanın mövqeyi ilə barışmağa məcbur qaldılar".

İlyas Hüseynov: Azərbaycana da hibrid müstəvidə hücumlar təşkil olunmaqdadır

Analitik qeyd edib ki, cənab Prezidentin məhz yeni geosiyasi reallıqların tanıdılması, legitimləşdirilməsi baxımından həyata keçirdiyi fəaliyyət çox uğurlu oldu: 

"Lakin BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü bir sıra güc mərkəzlərini narahat etdi. Onlar müxtəlif vasitələrlə təsir rıçaqlarını işə salmağa çalışırlar. Nəzərə alaq ki, Ermənistanda 2026-cı ildə növbəti parlament seçkiləri keçiriləcək. Bu baxımdan həm dünya erməniliyi, həm Apostol Kilsəsi ciddi şəkildə Nikol Paşinyana qarşı opponentlik etməyə çalışır. Seçki qabağı dövrdə Ermənistanda vəziyyət gərgin olaraq qalmaqdadır".

Son olaraq müsahibimiz əlavə edib ki, Azərbaycana da hibrid müstəvidə hücumlar təşkil olunmaqdadır. Parlament səviyyəsində, qanunvericilik müstəvisində Azərbaycan əleyhinə Fransa və İsveçrədə təşəbbüslərin ortaya çıxması onu deməyə əsas verir ki, bu qüvvələr sülh prosesini tormozlamağa çalışırlar.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
bakivaxti.az

1Sources