EN

Dünya ölkələrində şagirdlərin təhsili necə maliyyələşir?

Təhsil hər bir ölkənin gələcəyini formalaşdıran əsas sahələrdən biridir və ona ayrılan maliyyə vəsaiti təhsil sisteminin inkişafı üçün vacib göstəricidir. Dünyanın müxtəlif ölkələrində təhsilə ayrılan büdcə ölkənin iqtisadi gücünə və prioritetlərinə görə fərqlənir.

AzEdu.az mövzu ilə bağlı araşdırma edib. 

Belə ki, ABŞ təhsilə ən çox vəsait ayıran ölkələrdəndir. Orada həm federal, həm də ştat səviyyəsində təhsil üçün ümumilikdə təxminən 1,3 trilyonABŞ dolları büdcə ayrılır. Bu da Ümumi Daxili Məhsulun (ÜDM) 5-6 faizinə bərabərdir. Şagird başına düşən illik təhsil xərcləri 12 min ilə 15 min dollar arasında dəyişir.

Çin dünyada ikinci ən böyük təhsil büdcəsinə malikdir və burada təxminən 700 milyard dollar ayrılır ki, bu da ÜDM-in 4 faizinə yaxın təşkil edir. Amma ölkənin böyük əhalisi səbəbindən şagird başına düşən xərclər ABŞ-a nisbətən daha azdır  təxminən 2 min ilə 3,5 min dollar arasıdır.

Avropa ölkələri arasında Almaniya təhsil üçün ildə təxminən 200 milyard dollar xərcləyir və bu, ÜDM-in 4,5 faizi qədərdir. Almaniyada şagird başına düşən illik xərclər 7 min ilə 9 min dollar arasındadır.

Hindistan kimi inkişaf etməkdə olan ölkələrdə təhsil büdcəsi daha aşağıdır. Hindistanda illik təhsil xərcləri təxminən 120 milyard dollar səviyyəsindədir və ÜDM-in 3,5 faizini təşkil edir. Şagird başına düşən xərclər isə 200 ilə 500 dollar arasında dəyişir.

Rusiya və Braziliya da təhsilə ciddi vəsait ayırır. Rusiyada bu rəqəm təxminən 90 milyard dollar və ya ÜDM-in 4 faizi, Braziliyada isə 80 milyard dollar və ya 6 faiz səviyyəsindədir. Şagird başına düşən xərclər isə hər iki ölkədə təxminən 1 min ilə 2 min dollar arasında dəyişir.

Ümumilikdə, inkişaf etmiş ölkələrdə təhsil xərcləri daha yüksək olmaqla təhsilin keyfiyyətinə və imkanlarına müsbət təsir edir. İnkişaf etməkdə olan ölkələrdə isə büdcə məhdudiyyətləri təhsilin keyfiyyətinə və şagirdlərin imkanlarına təsir göstərə bilər.

Chosen
10
azedu.az

1Sources