EN

"Levski" "Sabah"ı üstələyərək yoluna davam edəcək" - Georgi Nikolov

Dünən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhəsinin cavab oyunları çərçivəsində "Petrokub"u qəbul edən "Sabah" azarkeşlərini 4:1 hesablı darmadağınla sevindirdi. Moldovadakı matçda inamlı qələbəyə nail olan (2:0) Masazır təmsilçisi bu rəqibini ciddi çətinlik çəkmədən mübarizədən kənarlaşdıraraq 3-cü təsnifat mərhələsində "Levski"yə (Sofiya, Bolqarıstan) rəqib oldu. Bakı "İnter"inin (indiki "Şamaxı") sabiq prezidenti, bolqarıstanlı futbol funksioneri Georgi Nikolovla əlaqə saxlayıb qarşıdakı oyunla bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Mən Sofiyanın ÇSKA komandasının azarkeşiyəm, ona görə də buradakı oyuna getmək fikrim yoxdur. Amma düşünürəm ki, "Levski" sabahı üstələyərək yoluna davam edəcək. "Sabah"dan bir qədər üstün komandadır. Kipr APOEL-ini keçdilər, güclü "Braqa"ya qarşı da yaxşı döyüşdülər. Hazırda yaxşı heyətləri, taktika anlayışları və əhval-ruhiyyələri var. Ev oyunlarına 20 mindən çox azarkeş gəlir. Bu məqam da mütləq nəzərə alınmalıdır. Əlbəttə ki, "Sabah"ı dəyərləndirməmək olmaz, yaxşı baş məşqçiləri var, heyətləri də pis deyil. Təmsilçinizin "sükanı arxası"na bu yay keçən Valdas Dambrauskası "Ludoqorets"dən tanıyıram. Digər tərəfdən, "Levski"nin avrokubok təcrübəsi də "Sabah"ınkından daha çoxdur. Ümumilikdə bizi bu komandaların ifasında maraqlı mübarizə gözləyir".

Nihat

Chosen
43
1
fanat.az

2Sources