EN

Azərbaycan ilə Ukrayna arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Ukrayna ilə elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

 

Chosen
28
1
azertag.az

2Sources