EN

Putin ilk dəfə Trampın ultimatumuna cavab verib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kreml rəhbəri Putin ABŞ prezidenti Donald Trampın Rusiyaya ultimatum verməsindən sonra ilk dəfə Ukraynadakı müharibə barədə açıq danışıb.

Bizimyol.info xəbər verir ki, o, Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə ölkələrin Türkiyədə apardığı danışıqların nəticələrini və baş verən məhbus mübadiləsini müsbət qiymətləndirdiyini bildirib.

Onun sözlərinə görə, Moskva bu prosesi vacib hesab edir, ona görə də Kiyev danışıqlara hazır olmasa, “gözləməyə hazırdır”. Eyni zamanda, Rusiya lideri bildirib ki, Ukrayna siyasi rejimi Konstitusiyaya əsaslanmır.

Onun sözlərinə görə, Rusiya “heç bir zaman məhdudiyyəti olmadan” uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq addımların müzakirəsinin tərəfdarıdır. Putin bildirib ki, Rusiyanın müharibəni dayandırmaq üçün ötən yay səsləndirdiyi şərtlər dəyişməyib.

O, Trampın davranışından məyus olduğuna dair sözlərinə də cavab verib: "Hər hansı bir xəyal qırıqlığına gəlincə: Bütün məyusluqlar həddindən artıq gözləntilərdən yaranır. Bu, məlum, ümumi qaydadır", - deyib.

Təbliğatçılarla söhbətində Kreml hökmdarı ilk seriyalı “Oreşnik” ballistik raketinin istehsalı və onun ordusunun bütün döyüş təmas xətti boyunca irəliləməsi ilə də öyünüb.

Mətbuat xəbər verir ki, 2024-cü ilin iyununda, İsveçrədə keçirilən Qlobal Sülh Sammiti ərəfəsində Kreml rəhbəri Rusiyanın “dərhal” atəşkəsə razılaşacağı şərtləri açıqlayıb. O, çıxışında bildirib ki, Ukrayna öz qoşunlarını Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən - Moskvanın birtərəfli qaydada Konstitusiyasına daxil etdiyi bölgələrdən çıxarmalıdır.

Bundan əlavə, onun tələbləri arasında Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaqdan imtina etməsi, ölkənin qeyri-nüvə statusunun təmin edilməsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi də var.

Xatırladaq ki, Donald Tramp Ukraynaya qarşı müharibənin sülh yolu ilə başa çatmasına nail olmaq üçün Kremlə 10 gün vaxt vermişdi. Avqustun 8-dək bu baş verməsə, Amerika Birləşmiş Ştatları genişmiqyaslı sanksiyalar tətbiq edəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
bizimyol.info

1Sources