EN

Mollazadə: Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də, bu, çətin olacaq

ain.az bildirir, Reyting.az portalına istinadən.

“İran prezident Məsud Pezeşkian həqiqəti görür və deyir. Ola bilsin ki, yanlış gördüyü məqamları düzəltmək istəyir. Çünki İranda on milyonlarla azərbaycan türkü yaşayır və onlar İran tərəfinin Azərbaycan Respublikası ilə bağlı siyasətindən narahatdırlar. Mən İranın qatil ermənilərə verdiyi dəstəyi nəzərdə tuturam”. Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə İran prezidenti Məsud Pezeşkianın ötən gün Azərbaycan-İran münasibətləri barədə çıxışını şərh edərkən deyib.A. Mollazadə bildirib ki, İran özünü Yaxın Şərqdə müsəlmanların əsas müdafiəçisi elan etsə də, Ermənistanın Azərbaycana qarşı işğal və terror siyasətinə susub: “İran qonşusu, şiələrin yaşadığı Azərbaycanın ərazisi 30 il işğal altında qalsa da, 10 minlərlə müsəlman, erməni qatilləri tərəfindən öldürülsə də, yüz minlərlə şiə azərbaycanlı ata-baba torpaqlarından didərgin salınsa da, bu haqsızlığa göz yumub. İran bu müsəlmanların müdafiəsinə qalxmaq əvəzinə, onlara qarşı terror törədən, işğal siyasəti aparan Ermənistanla müttəfiqlik edib. Bu isə İranda yaşayan azərbaycanlıların haqlı narahatlığına səbəb olub”.A. Mollazadə qeyd edib ki, İranın dövlət adamları nəhayət regionda gedən siyasəti doğru-dürüst qiymətləndirməlidirlər, çünki bu faktor İran daxilindəki milyonlarla azərbaycan türkü üçün də maraqlıdır.“Biz Vətən müharibəsi aparan zaman gördük ki, İran işğalçı Ermənistana dəstək verir. Hətta İran üzərindən Ermənistana daşınan hərbi ləvazimatlara azərbaycanlı soydaşlarımızın müqavimət göstərməsi hallarını da müşahidə etdik. Əslində, bu, həm də onu göstərirdi ki, İranın siyəsətində din, İslam dəyərləri əsas kimi götürülmür”,- deyə Mollazadə əlavə edib.Siyasətçi bildirib ki, indiki İran prezidenti Azərbaycanla münasibətləri doğru-düzgün istiqamətə çəkmək və düzəltmək istəyir: “Sözsüz ki, bu çox çətin olacaq. Çünki İranda Azərbaycanla münasibətlərin qaydada olmasını istəməyən şovinistlər var”.Y. QACARReyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
reyting.az

2Sources