Onun sözlərinə görə, bu ilin sonunadək XƏQ-nin tərkibinə zenit-raket alayı daxil edilib və hazırda reaktiv-artilleriya alayının yaradılması prosesi başa çatmaq üzrədir: "Artilleriya alayı artıq 70% hazırdır. Eyni zamanda, briqada idarəsinin yaradılması məsələsi də işlənir".
General bildirib ki, ölkənin cənub istiqamətinin - yəni Ukrayna ilə sərhədin - hazırda ən gərgin və diqqət tələb edən bölgə olduğunu nəzərə alaraq, həmin ərazidə ayrıca desant-hücum briqadasının formalaşdırılması qərara alınıb.
"Artıq bu briqadanın yaradılmasına start verilib və onun ilk batalyonu formalaşdırılıb. Yeni 37-ci ayrıca desant-hücum qvardiya briqadası Qomel vilayətində yerləşəcək", - deyə Deniseko əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31