EN

Nəticə verməyən 5 selülit müalicəsinə pul xərcləməyin - qadınlara çağırış

Onkoloq Vladimir İvaşkov bildirib ki, selülitlə mübarizə üçün tətbiq olunan bütün üsullar eyni dərəcədə effektiv deyil.

E-saglam.az xəbər verir ki, o, Telegram kanalında nəticə verməyən və insanları yalnız xərclərə salan 5 üsulu sadalayıb.

İvaşkov qadınlara yapışqan plyonka ilə bədən sarınması üçün pul xərcləməməyi tövsiyə edib. “Bu üsul yalnız müvəqqəti olaraq maye itkisi və dərinin yüngül dartılması effekti yaradır. Yağlar və selülit isə olduğu kimi qalır. Bu, hətta hamam şəraitində də təsirsizdir,” – deyə o vurğulayıb.

Həkimin fikrincə, anti-selülit kremləri də ciddi dəyişiklik yaratmır. Onlar yalnız dərinin səthi qatına təsir edir, amma dərialtı piy toxumasının quruluşunu dəyişə bilmir.

O, quru fırçalamağın da effektinə skeptik yanaşır, çünki bu metod yalnız dərinin qan dövranını müvəqqəti stimullaşdırır, lakin selülitin səbəbini aradan qaldırmır.

İvaşkov həmçinin təmizləyici pəhrizlər və yağ yandırıcı əlavələrin də selülitə qarşı effektiv olmadığını bildirib. Onun sözlərinə görə, bu məhsullar daha çox kommersiya məqsədi daşıyır və real nəticə üçün ciddi elmi sübutlara əsaslanmır.

Mütəxəssis selülitlə mübarizədə düzgün qidalanma, fiziki aktivlik və həyat tərzində ardıcıllıq kimi əsas prinsiplərə diqqət yetirilməli olduğunu vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
14
e-saglam.az

1Sources