Mərkəzi Bank (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, yeni qaydalara əsasən, borcalanın kredit xətti limiti (bütün kredit təşkilatları qarşısındakı öhdəliklər nəzərə alınmaqla) onun xalis gəlirinin 5 misli ilə məhdudlaşdırılıb.
Həmçinin overdraft limitləri kredit xətləri anlayışına daxil edilib. İstehlak kredit kartlarının balansdan kənar hissəsi üzrə kreditə konvertasiya əmsalı 40% müəyyən olunub.
Son Yazılar:
- Əhalinin kredit kartları almasına limit qoyulur
- Xaricdə yüksəkgəlirli iş vədi ilə 223 mini ələ keçiriblər
- Qarabağa səfər edənlər “E-Polis”dən icazə ala bilərlər
Dəyişikliklərin məqsədi əhalinin həddindən artıq borclanmasının qarşısını almaq və bank sektorunun dayanıqlılığını qorumaqdır. AMB-nin təhlillərinə görə, son dövrlərdə kredit kartlarının həcmi sürətlə artıb və bu, borc yükünün də yüksəlməsi ilə müşayiət olunub.
Yeni qaydalara əsasən, nağd vəsaitlə, bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri bu limitin hesablanmasından istisna edilir. Həmçinin bu limitdən artıq olan istehlak kredit xətlərinin ümumi məbləği bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən çox olmamalıdır.