EN

“SuVar!” aksiyası davam etdirilir

Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsi məqsədilə təşkil olunan “SuVar!” ekoloji aksiyası davam etdirilir. Növbəti aksiya Naxçıvan şəhərinin Əlincə məhəlləsində təşkil olunub. 

Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Daha sonra ətraf ərazidəki ağaclar suvarılıb. Ağacların suvarılması işində könüllülərlə yanaşı, təşkilatçı qurumların əməkdaşları da fəal iştirak ediblər.

Qeyd edək ki, ekoloji aksiya Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Səbuhi HƏSƏNOV

 

 

Chosen
1
4
xalqqazeti.az

5Sources