EN

Sürücülərin DİQQƏTİNƏ! Sabahdan bu yolda hərəkət məhdudlaşdırılır

Sabah saat 08:00-dan 3 avqust saat 22:00-dək Bakının Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, məhdudiyyət həmin ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır.  

Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Bizim.Media

Chosen
23
47
bizim.media

10Sources