EN

Azərbaycanın iki güləşçisi DÇ-də yarımfinala yüksəlib

Afinada (Yunanıstan) güləş üzrə gənclər arasında (U-17) dünya çempionatı davam edir.

Operativ Media xəbər verir ki, turnirin beşinci günündə Azərbaycanın beş sərbəst güləşçisi: Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq), Hüseyn İsmayılov (65 kq), Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) döşək üzərinə çıxıb.

Bunlardan Həsənzadə və İsmayılov yarımfinala yüksəlib, Əlizadə və Tağıyev 1/4 finalda, Süleymanlı isə ikinci döyüşündə məğlub olub.

Hazırda Azərbaycanın aktivində 3 (1-1-1) medal var.

Chosen
21
operativmedia.az

1Sources