EN

“Arpaçay” kanallarına 58 milyon manat xərclənəcək

BAKI, 1 avqust. TELEQRAF

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi "Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" magistral kanallarının yenidən qurulmasına 58 milyon 796 min 796 manat xərc çəkəcək.

Teleqraf xəbər verir ki, qurum müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır.

Qeyd edək ki, namizədlər təkliflərini təqdim etmək üçün 8819 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə tarixi sentyabrın 16–na təyin olunub.

Chosen
7
teleqraf.com

1Sources