Naxçıvan, 1 avqust, AZƏRTAC
Avropa İttifaqının (Aİ) məşhur turizm nəşri “Travel Tomorrow” Naxçıvanın gəzməli-görməli yerləri, turizm məkanları ilə bağlı paylaşım edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, paylaşımda xarici qonaqların, turistlərin böyük marağına səbəb olan Göygöl, Əlincəqala, Batabat, Haçadağ, Əshabi-kəhf, Heydər Məscidi, Saat Meydanı və digərləri olmaqla, ümumilikdə, 10 məkan haqqında foto və məlumatlar yer alıb.