EN

Qızıl Əllər qutab evində oğurluq Obyektin fəhləsi həbs edildi

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Yasamal rayonunda fəaliyyət göstərən "Qızıl Əllər" qutab evində oğurluq hadisəsi baş verib. 

Qaynarinfo xəbər verir ki, qutab evinin sahibinə məxsus 1 ədəd 2,5 qramlıq qızıl boyunbağı, 1 cüt 2,5 qramlıq qızıl sırğa, 1 ədəd 3 qramlıq çəkidə qızıl klon, 1 ədəd 2,5 qramlıq qızıl boyunbağı, 1 ədəd 1,5 qramlıq qadın qızıl üzüyü, 1 ədəd 2 qramlıq qızıl klon, 400 manat məbləğində gümüş bijuteriyalar və 120 manat nağd pul oğurlanıb. Qutab evinin sahibinə ümumilikdə 2620 manat məbləğində ziyan dəyib. 

Qutab evinin sahibi dərhal polisə məlumat verib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni qutab evində fəhlə işləyə Tural adlı şəxsin törətdiyi məlum olub. O, "Papanin” adlandırılan ərazidə polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci (Oğurluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılıb. Tural məhkəmə baxışı zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
qaynarinfo.az

1Sources