EN

Niyazi Bayramov Hacıkənd sakinləri ilə görüşdü - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib. 

"Unikal" xəbər verir ki, 35 nömrəli məktəbdə baş tutan qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə vətəndaşlar tərəfindən işlə təminat, maddi yardım, su xəttinin bərpası və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi məqsədilə təşkil olunan belə səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə davam etdirilir.
 

Chosen
118
1
unikal.az

10Sources