Goranboy rayonunda üç maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun özündə qeydə alınıb.
İki "VAZ" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub. Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan 1971-ci il təvəllüdlü Afət Əşrəfova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.