EN

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb, polis ölüb, həkim və sürücü xəsarət alıb - Yenilənib

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb...

Avqustun 1-də saat 07:30 radələrində Hacıqabul rayon Nəvahi qəsəbəsi ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB APA-nın sorğusuna cavab olaraq bildirib ki, onlardan 1965-ci il təvəllüdlü şəxsə açıq kəllə beyin travması, ağır dərəcəli baş-beyin əzilməsi, bud sümüyünün sınığı, komatoz vəziyyət, 1971-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə beyin travması, döş qəfəsinin küt travması diaqnozu təyin edilib.
Hər iki yaralı tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə yerində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Poliqon APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Navahı kəndindən keçən hissəsində baş verib.

Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
55
1
poliqon.info

10Sources