EN

Tramp deyir ki, Qəzza üçün xüsusi bir plan hazırlayır

BAKI, TurkicWorld, Səməd Əyyubov

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Qəzzada aclıqla mübarizə aparmaq məqsədilə xüsusi bir plan üzərində işləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Tramp "Axios" portalına verdiyi müsahibədə danışıb.

"Biz insanlara kömək etmək istəyirik. Onların yaşamasına, qidalanmasına yardımçı olmaq istəyirik. Bu, çoxdan baş verməli idi" – deyə, o bildirib.

ABŞ Prezidenti Qəzza zolağında aclıqla bağlı yayılan məlumatlardan narahat olduğunu vurğulayıb və HAMAS-ı bölgəyə daxil olan humanitar yardımı oğurlayıb satmaqda ittiham edib.

Qeyd edək ki, bu il martın 2-dən etibarən, İsrailin qərarı ilə Qəzzaya beynəlxalq humanitar yardımın daxil olması dayandırılıb və bütün nəzarət-buraxılış məntəqələri bağlanıb. Hazırda ərzaq paylanması yalnız İsrail və ABŞ tərəfindən idarə olunan Qəzzaya Humanitar Yardım Fondu vasitəsilə həyata keçirilir.

HƏMAS isə bildirir ki, yardımların böyük hissəsi əvvəllər təxliyə edilmiş və təhlükəli bölgələrə havadan atılır. Bu isə yardımı qeyri-effektiv edir və dinc sakinlərin həyatını təhlükə altına salır.

Chosen
10
turkic.world

1Sources