EN

Xankəndidə Ayvazovskiyə qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır – Sevil Mikayılova

Bakı. Trend:

Xankəndidə erməni əsilli rəssam Hovanes Ayvazyana (İvanAyvazovski) qoyulmuş abidənin sökülməsi tamamilə qanuniaddımdır.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova RusiyaDövlət Dumasının deputatı Konstantin Zatulinin təxribatçıfikirlərini şərh edərkən deyib.

Deputat bildirib ki, bu abidənin erməni işğalçıları tərəfindənucaldılması təxribat xarakterli bir addım olub və Azərbaycanınsuverenliyinə açıq-aşkar hörmətsizlik kimiqiymətləndirilməlidir.

“Bu cür qanunsuz təşəbbüslər məqsədli şəkildə tarixi və hüquqireallıqları təhrif etməyə xidmət edir. Ermənistan tərəfi uzun illərərzində işğal etdiyi ərazilərdə qeyri-qanuni abidələr, saxta"mədəni irs" nümunələri yaradaraq, beynəlxalq ictimaiyyətiçaşdırmağa çalışıb.

Xankəndidə qanunsuz şəkildə qoyulmuş bu abidə də həmin siyasətindavamıdır və regionda gərginliyin saxlanmasına xidmət edən simvolikvasitə rolunu oynayıb. Azərbaycan bu kimi pozuntulara qarşıprinsipial mövqe sərgiləyir və beynəlxalq hüquqa uyğun şəkildə özsuveren ərazilərində qanunsuz obyektlərin aradan qaldırılmasınıtəmin edir. Hər kəsə aydın olmalıdır ki, Azərbaycanın icazəsiolmadan bu ərazilərdə istənilən fəaliyyət — o cümlədən, abidəucaldılması — qeyri-qanunidir və hüquqi məsuliyyət doğurur.

Birincisi, dünyanın heç bir ölkəsində, o cümlədən, Rusiyadayerli hakimiyyət orqanlarının razılığı olmadan nə abidə, nə xatirəlövhəsi qoymaq mümkün deyil. İkincisi, hər hansı qanunsuz şəkildəinşa edilmiş və ya quraşdırılmış obyekt ya bağlanır, ya da sökülür.Üçüncüsü, Ayvazovski abidəsi qanunsuz obyekt idi və onun qoyulmasıilə bağlı nə Rusiya sülhməramlıları, nə də başqa kimsə Azərbaycantərəfi ilə razılaşdırma aparmışdı. Bu, o deməkdir ki, abidəninqoyulması Azərbaycan qanunvericiliyinin pozulmasıdır. Üstəlik, bupozuntuda birbaşa olaraq erməni işğalçıları da iştirak ediblər”, -deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, ümumiyyətlə, Ayvazovskiyə cəmi üçyerdə abidə qoyulub – İrəvanda, Feodosiya və Simferopolda.

“O, Feodosiyada doğulub, yaşayıb yaradıb və orada da dünyasınıdəyişib – tam məntiqlidir. İrəvanda özünə və qardaşına birgə abidəqoyulub. Ayvazovskinin erməni əsilli olması nəzərə alınarsa, bu datəəccüblü deyil. Simferopoldakı abidə yerli ermənilər tərəfindənqoyulub. Xankəndidə isə Ayvazovskiyə abidə qoyulmasının heç birəsası yoxdur. Əgər Rusiyadakı ermənilərin “öz soydaşları”na buqədər ürəkləri yanırsa, abidəni satın ala bilərlər”, - obildirib.

Deputat vurğulayıb ki, bu abidə 2021-ci ildə, Qarabağda rusiyalısülhməramlıların müvəqqəti yerləşdiyi dövrdə qoyulmuşdu.

“Azərbaycanın suveren ərazisində, hökumətin razılığı olmadanqanunsuz şəkildə abidə ucaldılmışdı. Bu isə həmin obyektin hüquqiəsas olmadan inşa edildiyini göstərir və bu səbəbdən də onunsökülməsi qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilib”, -S.Mikaylova bildirib.

Chosen
56
6
az.trend.az

7Sources