Ukraynanın məqsədi müharibəni tez bir zamanda bitirməkdir.
News365.az xəbər verir ki, bu sözləri Ulrayna xarici işlər naziri Andrii Sybiha deyib.
O, qeyd edib ki, ölkəsinin əsas məqsədi Rusiya ilə davam edən müharibəni 2025-ci ilin sonunadək bitirməkdir.
Nazir sülhə nail olmaq üçün diplomatik səylərin davam etdiyini bildirib.