FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Bizim.Media xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək RFS (Latviya) – “KuPS Kuopio” (Finlandiya) oyununun baş hakimi olacaq. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Maykl Selisberi VAR, digər referimiz İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 7-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionund keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media