EN

Almaniyada orduda xidmət etmək istəyən gənclərin sayı artır

Almaniya Silahlı Qüvvələrində (Bundesver) xidmət etmək istəyən gənclərin sayı artır. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu il əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz daha çox hərbi personal işə götürülüb. 21 iyul tarixinədək təxminən 13.750 nəfər Bundesverdə qəbul olunub.

Viral.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatında 2025-ci ildə orduya bir il əvvəllə müqayisədə 28 faiz çox şəxsi heyət qəbul edildiyi qeyd olunub. Bu artım həm müddətli hərbi xidmətə qəbul olunanlar, həm də könüllü hərbi xidmətə başlayanlar arasında müşahidə edilib.

Nazirliyin məlumatına görə, hazırda Bundesverdə təxminən 183 min 100 hərbçi xidmət edir. Bu, 2024-cü illə müqayisədə 2 min nəfər çoxdur. Təkcə könüllü hərbi xidmətdə artım 15 faiz təşkil edib. Hazırda 11 min 350 gənc silahlı könüllü xidmət keçir. Nazirlik bu artımı həm Bundesverin reklam kampaniyaları, həm də beynəlxalq aləmdə təhlükəsizliklə bağlı gərgin vəziyyətlə izah edib. Məhz bu səbəbdən də Almaniya hökuməti Bundesverin şəxsi heyətinin artırılmasını zəruri hesab edir.

Son Yazılar:

Qeyd edək ki, avqustun hökumət müdafiə naziri Boris Pistoriusun yeni hərbi xidmət modeli ilə bağlı qanun layihəsini müzakirə edəcək. Bu qanunun 2026-cı ilin əvvəlində qüvvəyə minməsi nəzərdə tutulur. Layihə könüllülük prinsipi üzərində qurulub və daha yüksək maaşla cəlbedici hərbi xidmət təklif edir. Məqsəd hər il 15 min yeni könüllünü Bundesverə cəlb etməkdir.

Chosen
32
7
viral.az

8Sources