"Qalatasaray" "Mançester Siti"nin braziliyalı qapıçısı Edersonun transferindən imtina edib.
Fanat.Az xəbər verir ki, buna səbəb İngiltərə klubunun 20 milyon avro tələb etməsi və bu məbləğdə heç bir endirimə getməməsidir.
Bu barədə məlumatı jurnalist Haluk Yürəkli yayıb.
"Qalatasaray"ın prezident müavini Abdullah Kavukcu məsələ ilə bağlı açıqlamasında bildirib:
“Bir qapıçı müzakirə olunur. Amma həmin qapıçının maliyyəti barədə heç kim dəqiq bir şey bilmir. Hər kəs bir rəqəm deyir – biri 10 milyon avro, digəri 20 milyon avro. Əslində isə 20 milyon avronun üzərində tələb irəli sürülüb. Onlar futbolçunu maksimum qiymətə satmaq istəyirlər.”
Kavukcu həmçinin əlavə edib:
“Bizim verə biləcəyimiz rəqəm bəllidir. Əgər istədiyimiz məbləğ reallaşmırsa o zaman masadan qalxmaq lazımdır. Bu, Osimhen məsələsi deyil. Osimhen üçün heç vaxt masadan qalxmamışdıq və sonda onu transfer etdik.”
Qeyd edək ki, hazırda “sarı-qırmızılılar” qapıçı mövqeyi üçün alternativ adlara yönəlməyi planlaşdırır.
Kamil Xudiyev