EN

Lavrov: ABŞ Ukraynanın Rusiya ilə danışıqlara razılaşmasına töhfə verib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın ABŞ Prezidenti Donald Trampın israrı ilə İstanbulda danışıqlara razılaşdığını bildirib.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, XİN başçısı bu barədə brifinqdə danışıb.

Onun sözlərinə görə, ABŞ administrasiyası mövcud reallıqlardan xəbərdardır və Ukrayna böhranının köklü səbəblərini nəzərə almağa çalışır:

“ABŞ Dövlət katibi Marko Rubio bu yaxınlarda məsuliyyətli yanaşmanı təsdiqləyərək açıq şəkildə bildirdi ki, ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurmaya heç vaxt yol verilməməlidir. Biz bununla tam razıyıq. Bu həm də Rusiya-Amerika dialoqu zamanı əldə olunan qarşılıqlı anlaşmanın nəticəsidir”.

Lavrov həmçinin bildirib ki, Rusiya Ukraynaya siyasi və hərbi məsələlər üzrə işçi qruplar yaratmağı təklif edib və bununla bağlı rəsmi Kiyevdən cavab gözlənilir.

Chosen
26
7
missiya.az

6Sources