EN

Messi “İnter Mayami” ilə müqaviləsini uzadacaq

“İnter Mayami” futbolçusu Lionel Messi ilə müqaviləni uzatmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, argentinalı hücumçu MLS təmsilçisi ilə sözləşməsini 2028-ci ilin sonuna kimi artıracaq. Bu barədə jurnalist Xavi Kampos məlumat yayıb.

“İnter Mayami”nin kapitanla yeni müqaviləni yaxın zamanda açıqlayacağı bildirilir.

Messi bu mövsüm 23 oyunda 19 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi ilin sonuna kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
19
2
bizim.media

3Sources