EN

Sabunçuda binanın zirzəmisini mazut basdı – ŞİKAYƏTVİDEO

Evlərin zirzəmisini mazut basdı...

Xezerxeber.az xəbər verir ki, görüntülər Sabunçu rayonu, Sabunçu qəsəbəsi 2 aprel küçəsindəndir. Kəskin qoxu nəinki həyətləri, bütün məhəlləni bürüyüb. Sakinlər iddia edir ki, iki ilə yaxındır ərazidəki 8 ailənin yaşadığı 2 mərtəbəli binanın zirzəmisi mazutla dolur.

Sabunçu rayoni 148 saylı Mənzil Kommunal İstismarı Sahəsindən bildirildi ki, adıçəkilən ünvandakı 16 saylı bina Dövlət Neft Şirkəti tərəfindən 2012-ci ildə əvəzsiz olaraq 148 saylı Mənzil Kommunal İstismarı Sahəsinin balansına verilib. Sözü gedən binanın texniki vəziyyətini müəyyən etmək məqsədii ilə 2025 ildə FHN-ə müraciət olunub. Nazirlik tərəfindən binanın qəzalı olması müəyyən olunaraq rəy verilib.

Binanın zirzəmisinə yığılan sularla bağlı rayon Su Kanal İdarəsinə və aidiyyəti qurumlara  müraciət ünvanlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
19
xezerxeber.az

1Sources