EN

Çində robot aspirantura tələbəsi oldu

Digər tələbələr kimi onun da proqramı bitirdikdən sonra dissertasiya yazması gözlənilir.

QHT.az xəbər verir ki, Çində insanabənzər robot Xueba 01-in Şanxay Teatr Akademiyasına qəbul olunması ali təhsil tarixində əlamətdar hadisə kimi dəyərləndirilir və bu, sosial mediada geniş rezonansa səbəb olub. Dörd il teatr, kino və Çin operası üzrə təhsil alacaq Xueba, adi tələbə kimi dissertasiya da müdafiə edəcək. Xarici görünüşü ilə insana bənzəyən robot 175 sm boyda və 30 kq çəkiyə malikdir. Xüsusi silikon üz örtüyü vasitəsilə həm sözlərlə, həm də mimikalarla emosiyalar ifadə edə bilir. Xueba özünü “süni intellektə malik rəssam” kimi təqdim edir və bu təşəbbüsü incəsənətin gələcəyi üçün zarafatla olsa da, simvolik addım kimi təqdim edir.

Lakin bu hadisə fərqli reaksiyalara yol açıb. Bəziləri bu addımı texnologiya və incəsənət sahələrinin vəhdəti baxımından alqışlayır, digərləri isə süni intellektin yaradıcı sənətlərə təsirindən narahat olduqlarını bildirirlər. Sosial mediada qeyd olunur ki, “incəsənət həyat təcrübəsi tələb edir, alqoritmlərlə işləyən bir robot bu dərinliyi necə çatdıra bilər?” Digər tərəfdən isə real tələbələrin resurs çatışmazlığı yaşadığı şəraitdə bir robot üçün bu qədər vəsaitin ayrılması suallar doğurur.

Bu hadisə süni intellekt və təhsilin gələcəyi barədə ciddi ictimai və etik müzakirələrin başlanğıcı ola bilər.

 

R.İmanov

Chosen
18
qht.az

1Sources