EN

53 yaşı tamam oldu, bir gün sonra elektrik cərəyanı vuraraq öldü...VİDEO

Lerikin Cəngəmiran kəndində rabitə xətlərində aparılan təmir-bərpa işləri faciə ilə nəticələnib.

"AzTelekom"un yerli şöbəsində mantyor işləyən 53 yaşlı Sərdar Həmidov dirəkdə işləyən zaman elektrik cərəyanı onu vurub.

Xezerxeber.az xəbər verir ki, hadisə zamanı aldığı ağır xəsarətlər səbəbindən Həmidov hadisə yerində keçinib. Meyit müayinə üçün Lənkəran rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə göndərilib.

Mərhumun yaxınları onun qaydalara ciddi şəkildə əməl etdiyini, məsuliyyətli və peşəkar rabitəçi olduğunu deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
25
xezerxeber.az

1Sources