EN

Zelenski şərtini açıqladı: Putinlə görüşə hazıram


“ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq səylərini dəstəkləyirik”.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Prezident Trampın Rusiyanın müharibəsini, onun bütün qətllərini dayandırmaq, ləyaqətli və davamlı sülh əldə etmək səylərini görür və dəstəkləyirik. Dünyada sülh işini dəstəkləyən və həyatı qorumaqda bizə kömək edən hər kəsə minnətdarıq.

Rusiyanın bəyanatlarını da eşidirik və əgər bu, onların müharibəni ləyaqətlə dayandırmağa və həqiqətən də davamlı sülhün bərqərar olmasına ciddi hazır olduqlarının siqnalıdırsa, vaxt udmaq və sanksiyaları təxirə salmaq cəhdi deyilsə, onda Ukrayna istənilən vaxt rəhbərlik (Prezident Vladimir Putin – red.) səviyyəsində görüşməyə hazır olduğumuzu təsdiqləyirik.

Həmçinin başa düşürük ki, Rusiyada qərarları kim verir və bu müharibəni kim bitirməlidir. Bunu bütün dünya da anlayır. Ukrayna texniki səviyyədə bəyanatlar və görüşlərdən liderlərin söhbəti səviyyəsinə keçməyi təklif edir. Amerika bunu təklif elədi, Ukrayna da dəstəklədi. Rusiyanın hazırlığı lazımdır”, - Ukrayna lideri bildirib.


Chosen
28
1
news24.az

2Sources