Türk Hava Yolları (THY) tam 13 illik fasilədən sonra yenidən Hələb Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirməyə başlayıb.
Bizim.Media xəbər verir ki, Suriya Mülki Aviasiya Baş Direktoru Basil əl-Halebi bu barədə gdh-yə açıqlama verib.
O bildirib ki, həftə ərzində 3 uçuş gerçəkləşdiriləcək. İstanbuldan havaya qalxan ilk təyyarədə 141 sərnişin olub. Geri qayıdan təyyarədə isə 137 sərnişin səfər edəcək.
Bizim.Media