"İmişli" braziliyalı futbolçu transfer edib.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Luiz Fernando Silvestr Junior ilə 2 illik müqavilə imzalayıb.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Juninyo adı ilə tanınan futbolçu 2025/2026 mövsümündə "İmişli"nin şərəfini qoruyacaq.