EN

Dele Alli karyerasını başa vura bilər

İtaliyanın “Komо” klubunun yarımmüdafiəçisi Dele Alli karyerasını yekunlaşdırmaq barədə düşünür.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə,“Komо”nun baş məşqçisi Sesk Fabreqas ingilis futbolçuya növbəti mövsümdə əsas heyatda yer verməyi planlaşdırmır.

Buna görə də, 29 yaşlı futbolçu premyer-mövsümöncəsi matçların əsas heyətinə daxil edilməyib və hazırda əsas komandadan ayrı, digər ehtiyat oyunçularla birgə məşq edir.

Dele Alli 2025-ci ilin qışında İtaliya klubuna azad agent kimi qoşulmuşdu. Fabreqasın komandasında cəmi bir oyun keçirib. Alli əvvəllər “Tottenhem”, “Everton” və "Beşiktaş"da çıxış edib, eyni zamanda İngiltərə millisinin əsas yarımmüdafiəçisi olub.

Chosen
12
90deqiqe.az

1Sources