“Liverpul”un hücumçusu Məhəmməd Salah Luis Diasın klubdan ayrılmasına münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli futbolçu bunu söyləyib:
“Sən əla komanda yoldaşı və yaxşı yoldaş idin. Bizimlə oynadığın üçün bəxtimiz gətirdi.
Uğurlarımızı səninlə bölüşmək mənim üçün şərəfdir. Gələcəkdə sənə ən yaxşısını arzulayıram”.
Dias İngiltərə klubunu “Bayern”ə dəyişib. Onun transferi Münhen klubuna 70 milyon avroya başa gəlib. Tərəflər 4 illik müqavilə imzalayıb.