EN

Yeddi illik kontrakt - Karyerasını paytaxtda davam etdirəcək

“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons karyerasını “Çelsi”də davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında bütün detallarda razılaşma əldə olunub.

22 yaşlı futbolçu “Çelsi” ilə müddəti 2032-ci ilə qədər olan müqavilə imzalayacaq və əlavə olaraq bir il uzadılma şərti də yer alacaq.

Niderlandlı yarımmüdafiəçi son mövsümdə bütün turnirlərdə 33 oyunda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə verib.

Chosen
51
4
sportinfo.az

10Sources