EN

İran Müdafiə Şurası yaradır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranda yeni “Müdafiə Şurası”nın yaradıldığı bildirilir. 

Globalinfo.az xəbər verir ki, bu qurum Ali Milli Təhlükəsizlik Şurasının struktur dəyişikliyi nəticəsində formalaşır.

Məlumata görə, struktur dəyişiklikləri yekunlaşmaq üzrədir və məlumatlı mənbələr yeni qurumun ölkənin müdafiə siyasətində strateji rol oynayacağını qeyd edirlər.

Yeni yaradılacaq Müdafiə Şurasının strukturunun yaxın vaxtlarda tam formalaşacağı gözlənilir. Şuranın əsas funksiyası İranın müdafiə və təhlükəsizlik sahəsində əsas istiqamətləri müəyyənləşdirmək olacaq.

Eyni zamanda yayılan məlumatlara görə, Ali Lider Əli Xameneinin müşaviri Əli Laricaninin Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması gözlənilir. Hazırkı katib Əli Əkbər Əhmədian isə ehtimallara əsasən ölkənin strateji layihələrinə rəhbərlik edəcək.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
62
13
globalinfo.az

1Sources